Ukrayna XİN rəhbəri 11 ildən sonra ilk dəfə Cənubi Koreyaya səfər edəcək

2024/12/1735362683.jpg
Oxunub: 192     15:24     29 İyun 2026    
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Koreya Respublikasına rəsmi səfər edib və bu, Ukrayna xarici siyasət idarəsi rəhbərinin son 11 ildə bu ölkəyə ilk səfəri olub.

Ordu.az xəbər verir ki, bu barədə Sibiqa "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, səfər Ukrayna və Cənubi Koreyanın işgüzar dairə nümayəndələrinin iqtisadi əməkdaşlığın genişləndirilməsinə həsr olunmuş görüşü ilə başlayıb.

A.Sibiqa qeyd edib ki, ikitərəfli ticarətin həcmi artıq müharibədən əvvəlki səviyyəni keçib və onun fikrincə, bu, iqtisadi tərəfdaşlığın gələcək inkişafı üçün əhəmiyyətli potensialdan xəbər verir: "Ukrayna yüksək texnologiyalar və sənaye sahəsində qlobal liderlərdən biri olan Koreya Respublikası ilə əməkdaşlığın dərinləşdirilməsində son dərəcə maraqlıdır".

Ukrayna XİN başçısı Kiyevin mərkəzləşdirilməmiş energetika, müasir logistika, infrastrukturun bərpası, yüksək texnologiyalı kənd təsərrüfatı və müdafiə sənayesi kimi sahələrdə Cənubi Koreya ilə əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu vurğulayıb.

O, həmçinin Ukraynaya göstərdikləri dəstəyə görə Koreya biznesinin nümayəndələrinə təşəkkür edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sibiqa   Ukrayna  


Bizi "telegram"da izləyin