Ordu.az xəbər verir ki, görüşün əvvəlində Lukaşenko “Sanki öz evimə gəlmişəm” ifadəsini işlədib.
Görüşdən görüntülər Belarus prezidentinin mətbuat xidməti ilə yaxınlığı olan “Pul Pervoqo” “Telegram” kanalı tərəfindən yayımlanıb.
Si Cinpin Lukaşenkodan Minskdən birbaşa gəlib-gəlmədiyini soruşub.
Belarus Prezidenti isə “Xeyr, mən bura Moskva ətrafından uçmuşam. Bundan əvvəl Prezident Vladimir Putinlə danışıqlar aparırdıq, sonra Pekinə gəldim”, - deyə cavab verib.
Si Cinpin Lukaşenko ilə tez-tez görüşməsindən məmnunluğunu ifadə edib.
“Pul Pervoqo” teleqram kanalının məlumatına görə, Belarus və Çin liderlərinin rəsmi danışıqları üç saatdan çox davam edib. Bu səfər Aleksandr Lukaşenkonun Çinə sayca 17-ci səfəri olub.
Məlumatda qeyd olunub ki, daha sonra liderlər diplomatik protokol çərçivəsindən kənara çıxan ənənəvi ailə naharı formatında görüşlərini davam etdirəcəklər. Bu format Belarus və Çin liderləri arasında xüsusi şəxsi etimadın göstəricisi kimi qiymətləndirilir.
Sevinc Əliyeva
Ordu.az