Türkiyənin müdafiə sənayesi gündəliyi | 2026-cı il iyunun 22-28-i

2026/04/savun-1776088873.jpg
Oxunub: 281     15:16     29 İyun 2026    
2026-cı il iyunun 22-dən 28-nə qədər Türkiyənin müdafiə sənayesində qeydə alınan inkişaflar məlum olub.

Ordu.az xəbər verir ki, KAAN proqramında istifadə edilməsi planlaşdırılan F110 reaktiv mühərriklərinin Türkiyəyə satışına dair qərar ABŞ administrasiyası tərəfindən Konqresə təqdim edilib.

ASELSAN superkeçirici kvant prosessoru bölməsini yerli və milli imkanlarla inkişaf etdirəcəyini açıqlayıb.

“CTech” NATO-nun CWIX 2026 tədbiri çərçivəsində “SecureARX” maneələrə davamlı SATCOM modemini uğurla sınaqdan keçirib.

STM “Türkiyə Kibervətən Proqramı Final Capture The Flag” yarışını uğurla başa çatdırıb.

BAYKAR və “ARCA Savunma” Türkiyənin ən böyük 10 ixracatçısı sırasına daxil olub.

TAYFUN “Blok-2” raketi Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilib.

NATO Zirvəsinin təhlükəsizliyinin təmin edilməsində TURAÇ tərəfindən hazırlanmış “Sterling” antidron sursatlarından aktiv istifadə olunacağı açıqlanıb.

“Bayraktar” KIZILELMA yeni atış sınağını uğurla başa çatdırıb.

EDDİFA-nın təsisçi baş direktoru Məhəmməd Əli Akman vəzifəsini ehtiyatda olan polkovnik Gülhan Yılmaza təhvil verib.

ARES gəmiqayırma zavodu tərəfindən hazırlanmış ARES 150 BOLD sahil mühafizəsi tapşırıqları üçün hazır vəziyyətə gətirilib.

Kırıkkaledə aparılan elmi-tədqiqat və təcrübi-konstruktor işləri zamanı baş verən partlayış nəticəsində “Assan Grup”un iki əməkdaşı həlak olub.

Polşa Prezidenti Karol Navrotski və onu müşayiət edən nümayəndə heyəti ASELSAN-a səfər edib.

“Bayraktar” KIZILELMA ilə “Leonardo”nun M-346 təyyarəsi K-SWARM proqramı çərçivəsində birgə avtonom uçuş sınaqları keçirib.

ASELSAN tərəfindən hazırlanmış yerli LIFEFLINE HLM ürək-ağciyər aparatı ilk dəfə uğurla tətbiq olunub.

“Bayraktar” AKINCI MAM-T və TEBER-82 sursatlarının atış sınaqlarını uğurla başa çatdırıb.

“Bayraktar” KIZILELMA TOYGUN sistemi ilə ASELSAN LGK-82 və ROKETSAN TEBER-82 sursatlarının atışlarını uğurla həyata keçirib.

SDT Kosmik və Müdafiə Texnologiyaları yerli müştəridən 1,07 milyon ABŞ dolları dəyərində yeni sifariş alıb.

Monqolustanın müdafiə naziri və onu müşayiət edən nümayəndə heyəti Türkiyə Müdafiə Sənayesi Komitəsini ziyarət edib.

Türkiyə Müdafiə Sənayesi Komitəsində keçirilən mərasimdə SSB Kvant Proqramı təqdim olunub.

İstanbulda DESAN gəmiqayırma zavodunda Malayziya üçün inşa edilən ikinci gəminin “Xizəyə qoyulması” mərasimi keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Müdafiə-sənayesi  


Bizi "telegram"da izləyin