"Aybın-2026" gənclərin hərbi vətənpərvərlik toplanışı başa çatıb - FOTOLAR

2026/06/9d68c-1782721558.jpg
Oxunub: 232     12:18     29 İyun 2026    
Qazaxıstanın Akmola vilayətinin Şuçinsk şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Rusiya Federasiyasının komandalarının iştirakı ilə keçirilən XII Beynəlxalq "Aybın-2026" gənclərin hərbi vətənpərvərlik toplanışı başa çatıb.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirin bağlanış və mükafatlandırma mərasimində Qazaxıstan Müdafiə Nazirliyinin, yerli icra orqanlarının və veteran təşkilatlarının nümayəndələri iştirak ediblər.

Gənc vətənpərvərlərin güc, dözümlülük, komanda birliyi və hərbi-tətbiqi təlim üzrə yarışlarında komandamız yüksək hazırlıq səviyyəsi, məharət və əzmkarlıq nümayiş etdirərək müxtəlif mərhələlərdə uğurlu nəticələr əldə edib.

Qeyd edək ki, toplanışda ölkəmizi Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi liseylərin kursantlarından ibarət komanda təmsil edib.







Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aybın-2026   Azərbaycan   MN  


Bizi "telegram"da izləyin