İran ABŞ ilə yeni yüksək səviyyəli görüşlərin vaxtını hələ müəyyənləşdirməyib

2026/06/1781427513.jpg
Oxunub: 169     14:14     23 İyun 2026    
İran ABŞ ilə yeni yüksək səviyyəli danışıqların keçiriləcəyini təsdiqləsə də, görüşlərin vaxtı hələ müəyyən edilməyib.

Ordu.az xəbər verir ki, bu barədə İranın BMT-nin Cenevrədəki bölməsi yanında daimi nümayəndəsi Əli Bəhrəyni açıqlama verib.

Onun sözlərinə görə, ABŞ və vasitəçi ölkələrin nümayəndələri ilə yeni yüksək səviyyəli görüşlər keçiriləcək, lakin Tehran bu görüşlərin nə vaxt baş tutacağına dair yekun qərar verməyib.

“ABŞ və vasitəçilərin nümayəndələri ilə yüksək səviyyəli yeni görüşlər olacaq. Lakin İran hələ onların nə vaxt keçiriləcəyini müəyyən etməyib. Bu, razılaşmanın icrasında əldə olunan irəliləyişdən asılı olacaq”, - deyə Bəhrəyni jurnalistlərə bildirib.

Diplomat vurğulayıb ki, danışıqlar yalnız konkret nəticələr və nəzərəçarpacaq irəliləyiş əldə olunduqdan sonra növbəti mərhələyə keçəcək.

Xatırladaq ki, 2026-cı il iyunun 21-də İsveçrənin Bürgenştok şəhərində Pakistan və Qətərin vasitəçiliyi ilə İran və ABŞ nümayəndələri arasında danışıqlar keçirilib. İyunun 23-də İran nümayəndə heyəti İsveçrədən Tehrana qayıdıb.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi İsveçrədə keçirilən danışıqlarda müəyyən irəliləyiş əldə olunduğunu açıqlayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin