Ordu.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz İnstitutunun informasiya xidməti məlumat yayıb.
Məlumata görə, gəmi ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) Yaxın Şərqdəki dəniz qruplaşmasına qoşulub.
USS “Princeton” ümumilikdə 122 raket daşımaq imkanına malikdir. Onun silahlanmasına 1600 kilometr mənzilli 26 “Tomahawk” qanadlı raketi, 16 ASROC sualtı qayıq əleyhinə idarəolunan raket və 80 “Standard-2” və “Standard-3” zenit idarəolunan raketi daxildir.
Məlumatda qeyd olunur ki, İranla hərbi qarşıdurma dövründə CENTCOM-un sərəncamında bu səviyyədə güclü döyüş gəmisi olmayıb.
ABŞ və İran arasında memorandum imzalansa da, Vaşinqtonun Ərəb dənizindəki iri hərbi-dəniz qruplaşması bölgədə fəaliyyətini davam etdirir.
Hazırda həmin qruplaşmanın tərkibində iki aviadaşıyıcı, 100-dən çox qırıcı təyyarə, bir kreyser, 13 raket daşıyan hərbi gəmi və dəniz piyadalarının ekspedisiya taborunu daşıyan dörd böyük desant gəmisi mövcuddur.
Sevinc Əliyeva
Ordu.az