Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək - ƏLAVƏ OLUNUB

2026/06/1782208870.jpg
Oxunub: 323     14:27     23 İyun 2026    
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycana səfər etməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə "Report"a diplomatik mənbə məlumat verib.

"O, sabah Bakıya gələcək", - mənbə qeyd edib.

Mənbə səfərin təfərrüatlarını açıqlamayıb.

Öz növbəsində, Qrononun ofisindən "Report"un Avropa bürosuna bildirilib ki, o, iyunun 25-26-da Bakıda Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək.

Qeyd edək ki, Maqdalena Qrono sonuncu dəfə Azərbaycana 2026-cı ilin yanvarında səfər edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Maqdalena-Qrono   Azərbaycan  


Bizi "telegram"da izləyin