Litva prezidenti hökumətin istefasını qəbul edib - YENİLƏNİB

2026/06/1782201938.jpg
Oxunub: 374     14:05     23 İyun 2026    
Litva Prezidenti Gitanas Nauseda İnqa Ruqinenenin başçılıq etdiyi hökumətin istefasını qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə LRT portalı məlumat yayıb.

Nauseda, həmçinin baş nazir vəzifəsinə namizəd Mindauqas Sinkyaviçyusla görüşəcək, cümə axşamı isə onun namizədliyini Seymin müzakirəsinə təqdim edəcək.

Namizədliyi təsdiq ediləcəyi təqdirdə Sinkyaviçyus 15 gün ərzində prezidentlə razılaşdırılmaqla hökumətin tərkibini və proqramını təqdim etməlidir, bundan sonra Seymdə yeni hökumətin təsdiqlənməsi üçün səsvermə keçiriləcək.

Ruqinene bildirib ki, Sinkyaviçyus hələ ötən il ovaxtkı hökumət başçısı Qintautas Paluçkasın istefasından sonra ölkənin baş naziri olmalı idi: "İndi baş verənlər keçən il baş verməli idi. Bu addım təxirə salınmışdı".

Qeyd olunub ki, Ruqinenenin baş nazir postunu tərk etdikdən sonra Sosial Təminat və Əmək Nazirliyindəki işinə qayıdacağı gözlənilir.

***

Litvada İnqa Ruqinenenin hökuməti koalisiyanın yenidən təşkili ilə əlaqədar istefa verdiyini elan edib.

Ordu.az LRT portalına istinadən xəbər verir ki, bununla bağlı qərar hökumətin iclasında qəbul edilib.

"Bütün çətinliklərə baxmayaraq, fəxr edəcəyimiz şeylər var – bunlar dövlətin və onun insanlarının rifahı naminə görülən işlərdir. Bu gün istefa qərarını qəbul edirik", - o bildirib.

Daha əvvəl Ruqinenenin nümayəndəsi İqnas Dobrovolskas bildirmişdi ki, iyunun 24-dən 21-ci hökumətin formalaşmasına və səlahiyyətləri əldə etməsinə qədər Nazirlər Kabinetinin gündəlik işini müvəqqəti hökumət həyata keçirəcək.

Daha sonra ölkə Prezidenti Gitanas Nauseda baş nazirin namizədliyini rəsmi qaydada müəyyən etməli və onu Seymə təqdim etməlidir, bundan sonra parlament bir həftə ərzində onun təsdiqlənməsinin lehinə səs verməlidir. Daha sonra təyin olunmuş baş nazirin 15 gün ərzində Seymə təqdim etməli olduğu hökumətin tərkibi və hökumət proqramını səs çoxluğu ilə təsdiqlənməlidir.

Portalın məlumatına görə, yeni yaradılan koalisiya Litva Sosial Demokrat Partiyasının (LSDP) sədri Mindauqas Sinkeviçyusu baş nazir elan edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   İstefa  


Bizi "telegram"da izləyin