" Lavrov " sözünə uyğun nəticə tapıldı!

"Lavrov" - (411 )

“Qarabağ məsələsi ilə bağlı aparılan danışıqlarda konkret olaraq nədən danışdığınız barədə danışın” - Tarasov

2018/01/received_2453401774885976_1516130884.jpeg
Oxunub: 1415     16:48     16 Dekabr 2019    
“Rusiya Dağlıq Qarabağ münaqişəsinin dondurulmasının tərəfdarıdır, başqa seçim yoxdur”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün aparılan danışıqlar prosesinə toxunarkən deyib.

Tarasovun sözlərinə görə, “Lavrov planı” heç vaxt olmayıb, bu həmsədrlər tərəfindən hazırlanmış tədbirlər kompleksidir.

“Sadəcə Rusiyanın Minsk qrupu adından hansısa prosesləri irəli sürdüyü vaxtlar olur. Azərbaycan “Lavrov planı”ndan danışarkən demək istəyir ki, Qarabağ tənzimlənməsi ilə bağlı bütün təşəbbüs Moskvanın əlindədir, amma bu həqiqəti əks etdirmir. Lavrov Bakıda Bratislava ilə bağlı, iki nazir və ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin nazirləri ilə birlikdə “3 + 2” qətnaməsini açıqladı. Göründüyü kimi, müəyyən mətn Bratislavada müzakirə olunmalı idi, amma görüşün nəticələrindən buna dair heç nə eşitmədik.

Humanitar məsələlər, əsirlər, nümayəndə heyəti mübadiləsi haqqında danışdılar, əlbətdə ki, bu məsələlər əhəmiyyətlidir, ancaq nizamlama üzrə təməl məsələlər müzakirə edilmədi və təməl məsələlər olmadan münaqişəni həll etmək mümkün deyil.

Yaxşı, nümayəndə heyətləri getdi və gəldi, amma qaçqın, status və ya təhlükəsizlik məsələsi varsa, bunlar təməl prinsiplər əsasında qərar verilən məsələlərdir. Onlar səslənmir. Təəssüf ki, tərəflər bunlar barədə danışmamağa dair razılıq əldə ediblər. Yaxşı, nazir Nalbandyan olanda köhnə sistemin nümayəndəsi olaraq, oyun oynayırdılar, biz də Paşinyan komandasını gözləyirdik - inqilabçılar, demokratlar, “inqilab” olduğunu deyirdilər, nələrin baş verdiyini deyəcəklərini bildirirdilər. Kimdən qorxduğunu söyləyin - erməni xalqından qorxursunuz, 3-4-5 saat konkret nə danışdıqlarınızi söyləyin”, - deyə Tarasov bildirib.

O qeyd edib ki, bütün bunlara Rusiya tərəfi də cəlb edilir və informasiya müharibəsində istifadə olunur.

“İndiyə qədər belə bir planın olduğunu inkar edib. “Madrid prinsipləri” var, iş sənədləri var, Məmmədyarov bunların olduğunu deyir, erməni tərəfi isə yoxdur deyir. Sual yaranır, bəs, siz nədən danışırsınız? Kimləri azdırırlar?”, - deyə Tarasov bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   İşğal   Ermənistan