Ordu.az xəbər verir ki, bu barədə İranın BMT-nin Cenevrədəki bölməsi yanında daimi nümayəndəsi Əli Bəhrəyni jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Livanla bağlı əldə olunacaq atəşkəs razılaşmasının əsas şərtlərindən biri İsrail qoşunlarının ölkə ərazisindən çıxarılması olmalıdır.
“Atəşkəs razılaşması İsrail qoşunlarının Livan ərazisindən çıxarılmasını nəzərdə tutmalıdır. Bu hələ baş verməyib. İran hesab edir ki, bu addım mümkün qədər tez atılmalıdır”, - deyə Bəhrəyni vurğulayıb.
İran rəsmisi qeyd edib ki, bölgədə sabitliyin təmin olunması üçün xarici hərbi qüvvələrin Livan ərazisindən çıxarılması vacibdir.
Xatırladaq ki, 2026-cı il iyunun 21-də İsveçrənin Bürgenştok şəhərində İran və ABŞ nümayəndələri arasında Pakistan və Qətərin vasitəçiliyi ilə danışıqlar keçirilib. İyunun 23-də İran nümayəndə heyəti İsveçrədən Tehrana qayıdıb.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi daha əvvəl İsveçrədə keçirilən danışıqlarda müəyyən irəliləyiş əldə olunduğunu açıqlamışdı.
Sevinc Əliyeva
Ordu.az