Ordu.az xəbər verir ki, Sağatelyan bu barədə jurnalistlərə açıqlamasında danışıb.
O bildirib ki, Nikol Paşinyan nə konstitusion çoxluğa, nə də kifayət qədər legitimliyə malikdir və Ermənistan xalqının əksəriyyətinin dəstəyini qazanmayıb.
Erməni deputatın sözlərinə görə, hakimiyyət milli qüvvələrə qarşı təzyiqlər göstərməklə öz mövqeyini qorumağa çalışır.
Sağatelyan iddia edib ki, Paşinyan hakimiyyətini möhkəmləndirmək məqsədilə müxtəlif üsullardan istifadə edir, lakin bu siyasətin sonu olacaq.
“İki aydır eyni sualı verirəm. Paşinyan açıq şəkildə bəyan etməlidir ki, Kərkini təhvil verməyəcək və Ermənistandan yeni ərazilər verməyəcək. Bu suala cavab verməlidir”, - deyə o bildirib.
Müxalifətçi erməni deputat əlavə edib ki, ölkənin təhlükəsizliyi və gələcəyi ilə bağlı ciddi risklər mövcuddur və hakimiyyətin siyasəti Ermənistanı yeni sınaqlarla üz-üzə qoya bilər.
Alpər Mövludoğlu
Ordu.az