Ordu.az xəbər verir ki, bu barədə regional hərbi administrasiyanın rəhbəri Vitali Dyakovniç özünün Telegram kanalında məlumat verib.
"Dünən düşmən Poltava rayonuna hücum edib, iki müəssisəyə zərbə endirilib. Yaralananların sayı 13-ə çatıb, onlardan altısı uşaqdır. Təəssüf ki, dağıntılar altından bir cəsəd tapılıb. Daha bir nəfər xəstəxanada ölüb", - deyə o yazıb.
Onun sözlərinə görə, hücum nəticəsində biznes binalarına, avtomobillərə və yaxınlıqdakı yaşayış binalarına ziyan dəyib, həmçinin elektrik kəsintisi yaranıb:
"Energetiklər elektrik təchizatını bərpa etmək üçün çalışırlar".
Ordu.az