Ordu.az xəbər verir ki, Meloni bununla bağlı “Instagram” hesabında paylaşım edib.
ABŞ Prezidenti daha əvvəl bir neçə dəfə İtaliya hökumət başçısının onunla şəkil çəkdirmək üçün “yalvardığını” və bunu dəfələrlə xahiş etdiyini iddia etmişdi. Tramp həmçinin Meloninin populyarlıq səviyyəsini də şübhə altına alaraq Romanı ABŞ-nin İtaliyadakı hərbi infrastrukturu ilə bağlı qərarlarına görə tənqid etmişdi.
İtaliyanın Baş naziri paylaşımında Trampın açıqlamalarını əsassız adlandırıb.
“Prezident Tramp, bu davamlı və heç nə ilə əsaslandırılmayan hücumlar mənasızdır. Mənim populyarlığıma gəlincə, sizin dostunuz olmağım buna əlbəttə ki, kömək etməyib və bu, sizinlə münasibətlərimdən asılı deyil. Mənim populyarlığım İtaliyanın milli maraqlarını müdafiə etmək bacarığımdan asılıdır və mən həmişə bunu etmişəm”, - deyə Meloni bildirib.
O vurğulayıb ki, İtaliyadakı ABŞ hərbi bazalarının istifadəsi mövcud müqavilələrlə tənzimlənir və bu sazişlərə daim əməl olunub.
“İtaliya suveren dövlətdir. Hər halda, mənim populyarlığım sizə aid deyil. Sizə öz populyarlığınız üzərində cəmləşməyi tövsiyə edirəm”, - deyə Baş nazir əlavə edib.
Sevinc Əliyeva
Ordu.az