İran kəşfiyyatı 17 nəfərin saxlanıldığını açıqlayıb

2026/03/1773424469.jpg
Oxunub: 184     18:40     20 İyun 2026    
İranda ABŞ və İsrailin xeyrinə iğtişaşlar təşkil etməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

İran Kəşfiyyat Nazirliyinin yaydığı bəyanatda İlam vilayətində fəaliyyət göstərdiyi iddia edilən “ABŞ-İsrail yönəlmiş küçə təxribat şəbəkəsi”nin üç səhra komandirinin və 14 üzvünün müəyyən edilərək saxlanıldığı bildirilib.

Məlumata görə, kəşfiyyat əməkdaşları iğtişaşların təşkilində şübhəli bilinən üç nəfəri və şəbəkənin daha 14 üzvünü əməliyyat nəticəsində yaxalayıblar. Onların İlam vilayətində ABŞ və İsrailin maraqları naminə fəaliyyət göstərdikləri iddia olunur.

Bəyanatda vurğulanıb ki, əməliyyat xüsusi xidmət orqanlarının iştirakı və vətəndaşlardan daxil olmuş məlumatlar əsasında həyata keçirilib. Vətənə xəyanətdə şübhəli bilinən ümumilikdə 17 nəfər saxlanılıb.

Nazirliyin məlumatına əsasən, saxlanılan şəxslərdən üç ədəd trotil partlayıcısı, “Kalaşnikov” tipli avtomat, əl qumbarası və müxtəlif soyuq silahlar, o cümlədən maçetlər götürülüb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   İsrail  


Bizi "telegram"da izləyin