Ordu.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp Oval kabinetdə jurnalistlərə açıqlamasında bildirib ki, Birləşmiş Ştatlar İranla müharibə məsələsinin həlli istiqamətində mühüm razılıq əldə edib.
“Biz indicə İranla müharibə məsələsinin həlli ilə bağlı çox yaxşı razılığa gəldik və indi yalnız sənədlərin yekun rəsmiləşdirilməsi qalır. Gözlənilir ki, bu proses yaxın bir neçə gün ərzində başa çatacaq”, - deyə Tramp bildirib.
Onun sözlərinə görə, sazişin imzalanması mərasimi Avropada keçirilə bilər.
“Yəqin ki, imzalanma olacaq, ola bilsin ki, Avropada. Bu, əla xəbərdir. Fond bazarı 1000 bənd yüksəlib və bu da sazişin bazarlar tərəfindən müsbət qarşılandığını göstərir”, - deyə ABŞ Prezidenti əlavə edib.
Sevinc Əliyeva
Ordu.az