ABŞ Senatında demokratların lideri Trampın İranla bağlı siyasətini kəskin tənqid edib

2026/06/1781208840.jpg
Oxunub: 187     00:09     12 İyun 2026    
ABŞ Senatında demokratların lideri Çak Şumer Prezident Donald Trampın İranla bağlı siyasətini kəskin tənqid edib.

Ordu.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Şumer Senatda çıxışı zamanı Trampın ABŞ-nin İranın Xark adasını nəzarətə götürməsi ilə bağlı bəyanatına münasibət bildirib və İranla müharibəni “uğursuzluq” adlandırıb.

Senator qeyd edib ki, son bir neçə həftə ərzində Donald Tramp, Pit Heqset və Marko Rubio İrandakı münaqişənin başa çatdığını iddia ediblər.

“Onlar Amerika xalqını nə qədər sadəlövh hesab edirlər? Bu səhər Tramp Xark adasını ələ keçirməyi planlaşdırdığını açıqladı. Bu isə hətta ABŞ qoşunlarının bölgəyə göndərilməsi anlamına gələ bilər”, - deyə Şumer bildirib.

O vurğulayıb ki, Trampın İranla bağlı yaratdığı vəziyyət hələ sona çatmayıb.

“Bunu anlamaq üçün hərbi dahi olmağa ehtiyac yoxdur. ABŞ helikopterləri vurularkən, ABŞ bazaları hücuma məruz qalarkən və Amerika hərbçiləri atəş altında qalarkən İranla bağlı bu fəlakətin başa çatdığını söyləmək mümkün deyil”, - deyə senator əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tramp  


Bizi "telegram"da izləyin