HƏMAS-ın qurucularından biri həbsdən azad edilib

2025/10/1759979628.jpg
Oxunub: 208     00:03     12 İyun 2026    
HƏMAS hərəkatının qurucularından biri olan Həsən Yusif İsrail həbsindən azad olunub.

Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi onun oğluna istinadən məlumat yayıb.

Məlumata görə, 71 yaşlı Həsən Yusif 2023-cü ilin oktyabr ayından etibarən məhkəmə və istintaq olmadan inzibati həbsdə saxlanılırdı.

Yusif İordan çayının qərb sahilində HƏMAS-ın yüksəkvəzifəli liderlərindən biri hesab olunur. O, 1980-ci illərdə şeyx Əhməd Yasin və “Müsəlman Qardaşları” təşkilatının digər fələstinli üzvləri ilə birlikdə HƏMAS-ın yaradıcılarından biri olub.

İsrail hakimiyyəti onu son illərdə bir neçə dəfə həbs edib. Sonuncu dəfə Həsən Yusif 2020-ci ilin iyulunda 16 aylıq inzibati həbsdən sonra azadlığa buraxılmışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   İsrail  


Bizi "telegram"da izləyin