ABŞ və İran memorandumunun layihəsində konkret nüvə razılaşmaları yoxdur

2026/04/1777437793.jpg
Oxunub: 216     09:22     12 İyun 2026    
ABŞ və İran arasında hazırlanmaqda olan qarşılıqlı anlaşma memorandumu atom proqramı ilə bağlı konkret razılaşmaları özündə ehtiva etmir.

Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” diplomatik mənbəyə istinadən məlumat yayıb.

“Sənəddə nüvə mövzusu və İranın dondurulmuş aktivləri ilə bağlı gələcək danışıqlar üçün tələb olunacaq mexanizmlərdən bəhs edilir. Konkret razılaşmalar yoxdur”, - deyə nəşr qeyd edib.

Qəzetin həmsöhbəti əlavə edib ki, gözlənildiyinə görə memorandumda Hörmüz boğazının minalardan təmizlənməsi üçün müddət müəyyən ediləcək. Eyni zamanda ABŞ minalardan təmizləmə prosesi başa çatanadək İranın dəniz blokadasını saxlayacaq.

Diplomatın sözlərinə görə, memorandumun əsas parametrləri hələ bir neçə həftə əvvəl razılaşdırılıb.

O xəbərdarlıq edib ki, danışıqların uğurla başa çatacağına dair heç bir zəmanət yoxdur. Diplomat uğur ehtimalını 50 faiz qiymətləndirib.

“Çoxsaylı mümkün maneələr var”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin