Yaponiya kosmik agentliyi təkmilləşdirilmiş "H3" raketinin buraxılışını həyata keçirib

2026/05/thumb-1779041250.jpg
Oxunub: 204     06:14     12 İyun 2026    
Yaponiyanın modernləşdirilmiş "H3" daşıyıcı raketi cümə günü səhər sınaq uçuşu çərçivəsində buraxılıb.

Ordu.az xəbər verir ki, bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (YATA) məlumat yayıb.

Start Tokio vaxtı ilə saat 09:52-də (Bakı vaxtı ilə 04:52-də) Taneqasima kosmodromundan baş tutub.

Faydalı yük kimi raket günəş-sinxron orbitinə "VEP-5" qabarit-çəki maketini, eləcə də Yaponiya və Fransa istehsalı olan altı kiçik kosmik aparatı çatdırmalıdır.

Bu buraxılış səbəbi ikinci pillənin işində yaranan nasazlıq olan 22 dekabr 2025-ci il tarixli uğursuz buraxılışdan sonra bu tip raket üçün ilk olub. Həmin qəza nəticəsində "Mitibiki-5" naviqasiya peyki itirilmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   H3   Raket  


Bizi "telegram"da izləyin