"SpaceX" IPO-dan əvvəl şirkətin bir səhminin qiymətini açıqlayıb

2026/05/1780112510.jpg
Oxunub: 214     03:35     12 İyun 2026    
ABŞ-nin "SpaceX" şirkəti birjada kütləvi yerləşdirilməsi (IPO) ərəfəsində səhmlərinin qiymətini və sayını açıqlayıb.

Ordu.az şirkətə istinadən xəbər verir ki, bir səhm üçün 135 dollar qiymətinə ümumilikdə 555 555 555 səhm yerləşdiriləcək.

"SpaceX"in qiymətli kağızları iyunun 12-dən "Nasdaq" elektron birjasında "SPCX" indeksi altında satışa çıxarılacaq.

Daha əvvəl "The Wall Street Journal" qəzeti xəbər vermişdi ki, "BlackRock" investisiya şirkəti ən azı 5 milyard dollar məbləğində "SpaceX" səhmlərini almaq üçün sifariş verib. Nəşrin məlumatına görə, digər iri idarəedici şirkətlər də oxşar məbləğlərdə səhmlərin alınması üçün sifarişlər göndərib.

"SpaceX" tarixin ən böyüyü ola biləcək IPO zamanı təxminən 75 milyard dollar cəlb etməyi planlaşdırır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SpaceX   IPO  


Bizi "telegram"da izləyin