“Fox News”: ABŞ Hörmüz boğazında gəmilərə hücum edən İranın iki PUA-sını məhv edib

2026/06/1781158702.jpg
Oxunub: 211     09:27     12 İyun 2026    
ABŞ qüvvələri Hörmüz boğazından keçən ticarət gəmilərinə hücum etməyə cəhd göstərən İranın iki Pilotsuz Uçuş Aparatını (PUA) məhv edib.

Ordu.az xəbər verir ki, bu barədə “Fox News” telekanalının jurnalisti Cennifer Qriffin “X” sosial şəbəkəsindəki paylaşımında mənbəyə istinadən məlumat yayıb.

“Məlumata görə, İran bu axşam Hörmüz boğazından keçən ticarət gəmilərinə hücum etməyə cəhd edib. ABŞ qüvvələri İranın iki kamikadze tipli PUA-sını vurub”, - deyə paylaşımda bildirilir.

Jurnalistin sözlərinə görə, hazırda boğaz vasitəsilə gəmilərin hərəkəti davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hörmüz  


Bizi "telegram"da izləyin