Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, NATO-ya üzv 32 ölkənin səfirlərinin qapalı görüşündə hava məkanının monitorinqi və müdafiə tapşırıqları üçün istifadə oluna biləcək PUA-ların sayının təcili artırılması məsələsi müzakirə olunub. Xüsusilə Ukrayna və Rusiya ilə həmsərhəd ərazilərə diqqət yetirilib.
Bildirilir ki, müzakirələr Avroatlantik təhlükəsizlik üçün davam edən risklər, o cümlədən Qara dənizdəki vəziyyət fonunda aparılıb. Görüşdə Rumıniyada NATO-nun mövcudluğunun gücləndirilməsi və regionun enerji layihələri də daxil olmaqla mühüm infrastrukturun qorunmasının vacibliyi vurğulanıb.
İştirakçıların sözlərinə görə, alyans insansız sistemlərlə bağlı təhdidlərə qarşı tədbirlərin həyata keçirilməsini sürətləndirmək variantlarını nəzərdən keçirir. Yekun qərarların NATO-nun növbəti sammitində təqdim olunacağı gözlənilir.
Sevinc Əliyeva
Ordu.az