Hakan Fidan almaniyalı həmkarı ilə ABŞ-İran danışıqlarını müzakirə edib

2026/06/1781147586.jpg
Oxunub: 236     01:06     11 İyun 2026    
Türkiyənin xarici işlər naziri Hakan Fidan Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadeful ilə telefon danışığı aparıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, telefon söhbəti zamanı ikitərəfli münasibətlərlə yanaşı, Ankarada keçiriləcək NATO Zirvəsi üçün hazırlıq işləri müzakirə olunub.

Eyni zamanda İran ilə ABŞ arasında davam edən sülh danışıqları barədə müzakirələr aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fidan   Vadeful  


Bizi "telegram"da izləyin