Hörmüz boğazı bağlanıb, SEPAH artıq iki gəmini vurub

2026/05/1779768577.jpg
Oxunub: 352     03:05     11 İyun 2026    
İran, ABŞ-nin təkrar hücumlarından sonra, Hörmüz boğazını bütün növ gəmilər üçün bağlayıb.

Ordu.az xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" Hərbi Komandanlığının Mərkəzi Qərargahı məlumat yayıb.

"Bundan sonra, bölgədə təhlükəsizliyin olmaması səbəbindən Hörmüz boğazı neft tankerləri və ticarət gəmiləri də daxil olmaqla, bütün növ gəmilər üçün bağlı elan edilib və keçid cəhdləri hücumlarla qarşılanacaq", - deyə məlumatda qeyd olunub.

Qeyd olunub ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri öz növbəsində boğazdan keçməyə çalışan iki gəmini vurub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   SEPAH  


Bizi "telegram"da izləyin