ABŞ İranda HHM sistemlərini, radarları və PUA idarəetmə mərkəzlərini vurub

2026/06/1781156839.jpg
Oxunub: 293     09:47     11 İyun 2026    
ABŞ Silahlı Qüvvələri İrana qarşı həyata keçirilən yeni zərbələr zamanı hava hücumundan müdafiə sistemlərini, radiolokasiya stansiyalarını və Pilotsuz Uçuş Aparatı (PUA) idarəetmə mərkəzlərini hədəfə alıb.

Ordu.az xəbər verir ki, bu barədə “Axios” portalının müxbiri Barak Ravid mənbələrə istinadən məlumat yayıb.

ABŞ rəsmisinin sözlərinə görə, bütün hədəflər İranın cənubunda yerləşib və HHM elementlərini, radarları, eləcə də PUA-ların idarə olunmasına cavabdeh bölmələri əhatə edib.

Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrana əlavə zərbələrin başladığını elan etmiş və bu əməliyyatları “özünümüdafiə məqsədli fəaliyyətlər” adlandırmışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin