İran: İsrail ölkənin qərbindəki Kebudrəhəng şəhərinə zərbə endirib

2026/04/1775022366.jpg
Oxunub: 297     14:20     08 İyun 2026    
İran hakimiyyəti İsrailin ölkənin qərbində yerləşən Kebudrəhəng şəhərindəki obyektlərə hava zərbələri endirdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Həmədan vilayətinin qubernator müavini Həmzə Əmrani bildirib.

Onun sözlərinə görə, təxminən bir saat əvvəl Kebudrəhəng şəhərinin rayonlarından birinə zərbə endirilib. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

“Mehr” agentliyinin məlumatına görə, iyunun 7-si axşam saatlarında İran İsrailin şimal bölgələrini raket atəşinə tutub. İsrail ordusu bütün raketlərin məhv edildiyini bildirib.

Bu hadisə İsrailin həmin gün Beyrutun ətrafında yerləşən “Hizbullah” obyektinə zərbə endirməsindən sonra baş verib. İsrail tərəfi hücumun yəhudi dövlətinin şimal bölgələrinin raket atəşinə tutulmasına cavab olduğunu iddia edib.

İranın raket hücumlarına cavab olaraq İsrail Müdafiə Qüvvələri gecə saatlarında İslam Respublikasının ərazisində bir sıra hədəflərə zərbələr endirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin