Qondarma “Cənubi Osetiya hökuməti” istefa verib

2026/06/1780913969.jpg
Oxunub: 231     14:17     08 İyun 2026    
Qondarma “Cənubi Osetiyanın baş naziri” Dzambolat Tadtayevin vəzifəsindən ayrılması ilə yanaşı, “hökumət” də istefa verib.

Ordu.az xəbər verir ki, bu barədə qondarma “Cənubi Osetiyanın prezidenti” Alan Qaqloyevin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “hökumət”in iclası zamanı “baş nazir” Dzambolat Tadtayev şəxsi ərizəsi ilə istefa verdiyini açıqlayıb. “Prezident” onun qərarını qəbul edib.

Tadtayevin istefasından sonra “baş nazirin birinci müavini” Konstantin Cioyev “hökumət başçısının səlahiyyətlərini müvəqqəti icra edən şəxs” təyin olunub. “Parlament” yeni “baş nazir”i təsdiqləyənədək “hökumət” tam tərkibdə fəaliyyətini davam etdirəcək.

Qaqloyev bildirib ki, “hökumətin yeni sədri” vəzifəsinə namizəd kimi qondarma “Cənubi Osetiya prezidentinin dövlət müşaviri” Marat Kambolov irəli sürüləcək.

Açıqlamada qeyd olunub ki, yeni “hökumət rəhbəri”nin qarşısında qondarma “Cənubi Osetiya” ilə Rusiya arasında əməkdaşlığın dərinləşdirilməsi haqqında imzalanmış sazişin müddəalarının və Rusiya-qondarma “Cənubi Osetiya” razılaşmalarının effektiv icrasının təmin edilməsi vəzifəsi qoyulacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Osetiya   İstefa  


Bizi "telegram"da izləyin