Ordu.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai brifinq zamanı bildirib.
“Bundan əlavə, ABŞ rəsmilərinin açıqlamalarına baxmayaraq, biz bilirik ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı öz müdafiə və hücum fəaliyyətlərini sionist rejimlə tam şəkildə koordinasiya edir və onunla əməkdaşlıq edir”, - deyə Bəqai qeyd edib.
Xatırladaq ki, iyunun 7-də axşam saatlarında İran yəhudi dövlətinin şimal bölgələrini raket atəşinə tutub. İsrail ordusu isə bütün raketlərin məhv edildiyini açıqlayıb.
Hadisə həmin günün əvvəlində İsrailin Beyrut ətrafında yerləşən “Hizbullah” obyektinə zərbə endirməsindən sonra baş verib.
İsrail tərəfinin iddiasına görə, həmin hücum “Hizbullah”ın ölkənin şimal bölgələrini raket atəşinə tutmasına cavab olaraq həyata keçirilib.
Sevinc Əliyeva
Ordu.az