Ordu.az Avropa Komissiyasına istinadən xəbər verir ki, proqram İtaliyada külək enerjisi, günəş generasiyası, hidroenergetika obyektlərinin və çirkab sulardan alınan bioqaz qurğularının tikintisinə dəstəyi nəzərdə tutur.
Yeni layihələrin 37,15 QVt gücün istifadəyə verilməsini təmin edəcəyi gözlənilir, bu da İtaliyanın hazırkı bərpa olunan generasiya güclərinin təxminən 48 %-nə bərabərdir.
Avropa Komissiyasının məlumatına görə, proqram İtaliyaya 2030-cu ilə qədər son elektrik enerjisi istehlakında BOEM-in payını 39,4 %-ə çatdırmaq məqsədinə nail olmağa, həmçinin elektrik enerjisi qiymətlərinin və Avropa İttifaqının (Aİ) enerji daşıyıcıları idxalından asılılığının azalmasına kömək etməlidir.
Dəstək 20 il ərzində qüvvədə olacaq qiymət fərqi üzrə ikitərəfli müqavilələr vasitəsilə təmin ediləcək. Əgər elektrik enerjisinin bazar qiyməti müqavilədə müəyyən edilmiş qiymətdən aşağı olarsa, dövlət fərqi istehsalçıya kompensasiya edəcək. Bazar qiymətinin yüksək olduğu təqdirdə isə şirkətlər fərqi dövlətə qaytaracaqlar.
Avropa Komissiyasından qeyd edilib ki, elektrik enerjisinin bazar qiymətləri proqnozlaşdırılandan yüksək olarsa, faktiki büdcə xərcləri elan edilmiş 23 milyard avrodan əhəmiyyətli dərəcədə aşağı ola bilər.
Ordu.az