Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos “X” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, ilk fürsətdə Ermənistana səfər etməyi planlaşdırır.
“Ermənistana mümkün qədər tez gələcəyəm. Avropanın Ermənistanla həmrəyliyi dəyişməz olaraq qalır”, - deyə Kos qeyd edib.
Aİ komissarı, həmçinin bildirib ki, bu gün Aİ-Ermənistan yeni birgə işçi qrupunun fəaliyyəti başlayır.
Onun sözlərinə görə, işçi qrupunun əsas məqsədi İrəvan ilə Brüssel arasında tərəfdaşlığın daha da dərinləşdirilməsidir.
Alpər Mövludoğlu
Ordu.az