İspaniyanın Baş naziri Paşinyanı təbrik edib

2026/06/1780922638.jpg
Oxunub: 205     16:45     08 İyun 2026    
İspaniyanın Baş naziri Pedro Sançes Ermənistanın Baş naziri Nikol Paşinyanı rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.

Ordu.az xəbər verir ki, Pedro Sançes bununla bağlı paylaşımını “X” sosial şəbəkəsində edib.

İspaniya hökumət başçısı Nikol Paşinyanı və onun partiyasını seçkilərdə əldə etdiyi qələbə münasibətilə təbrik edərək bildirib ki, Ermənistan xalqı demokratiya, sabitlik və Avropaya daha da yaxın gələcək naminə seçim edib.

Sançes qeyd edib ki, İspaniya Ermənistanı sülh yolunda və Avropa İttifaqı ilə yaxınlaşma prosesində dəstəkləməyə davam edəcək.

Onun sözlərinə görə, Madrid İrəvanla əməkdaşlığın genişləndirilməsində və regionda sabitliyin möhkəmləndirilməsində maraqlıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   Ermənistan  


Bizi "telegram"da izləyin