Sülh sazişi daha geniş miqyaslı müharibə ilə əvəzlənəcək?

2024/06/1719307927.jpg
Oxunub: 365     10:30     26 İyun 2024    
“Vyetnam səmərəli, davamlı və mənalı inkişafa nail olmaq məqsədinə malik olaraq, suverenliyin, ərazi bütövlüyünün və hər iki xalqın mənafeyinə uyğun gələn bir-birinin siyasi institutlarının qarşılıqlı tanınmasını əsas qəbul edərək, ABŞ-yə həmişə strateji tərəfdaş kimi baxıb və hərtərəfli tərəfdaşlığı inkişaf etdirmək üçün onunla işləməyə hazırdır”.

Bunu Vyetnamın xarici işlər naziri Bui Thanh Son ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə müavini Daniel Krittenberq ilə danışıqların sonunda bildirib. “Burada (Ukrayna müharibəsində) heç kim bizə kömək etməyəcək, biz özümüzə ümid bağlamalıyıq”, - Rusiya prezidenti Vladimir Putin Şimali Koreya və Vyetnama səfərindən sonra Kremldə bildirib. Bu, görünür, diplomatik sirr deyil, özünüetirafdır.

Rusiya mətbuatında Qlobal Cənuba dəstək və ya loyallıq barədə çoxlu müşahidələr təbliğatdan başqa bir şey deyil. “Biz sizi alqışlayırıq, lakin sizinlə Vaşinqtona hücum etməyəcəyik”, - deyə Qərb analitiklərindən biri ümumilikdə həmin ölkələrin mövqeyini ifadə edib. Bunun fonunda “Regnum” agentliyi Belarus prezidentliyinə namizəd Tixanovskayanın İrəvanda qəbul edilməsi və Fələstinin müstəqilliyinin tanınması ilə bağlı analitik məqalə dərc edib.

Müşahidələrdə “Ermənistanın KTMT-dən çıxmadığı, Rusiyanın Ermənistan ərazisini Fransa-ABŞ plasdarmı üçün açıq əraziyə çevirdiyi təbliğatı katibliyə aid edilir”. Bu, İrəvana səfər edərək Paşinyanla görüşən O-Brayenə aid edilə bilər.

Yarımrəsmi Rusiya KİV-inin ikinci çox mühüm müşahidəsi ondan ibarətdir ki, Fələstinin Ermənistan tərəfindən tanınması “Moskvaya qarşı olmayan çox savadlı xarici siyasət addımı” kimi qiymətləndirilir. Amma xüsusilə vurğulanır ki, bununla Paşinyan “2018-ci ildən Tehranda ona qarşı mövcud olan şübhəni aradan qaldıra bilər”.

Qeyd etmək olar ki, Putinin “Asiya NATO-su” yaratmaq layihəsi işə yaramır. Türkiyənin Rusiya ilə təhlükəsizlik məsələlərində müttəfiqlik əlaqələri qurması qaçılmazdır. Amma Ermənistan və İranın Türkiyə ilə yaxınlaşması, həmçinin Zəngəzur dəhlizi ilə bağlı fikirlərini dəyişdirməsi çox şübhəlidir. Belə görünür ki, bu geosiyasi tənzimləmə Cənubi Qafqazın münaqişədən sonrakı status-kvosu ilə bağlı 3+3 formatlı sazişi deaktivləşdirir. Söhbət faktiki olaraq Ermənistanın mövqeyindən gedir.

Bir sual qeyri-müəyyən olaraq qalır: Paşinyan Azərbaycan ərazilərinə iddia etməkdən imtina edərək konstitusiya dəyişikliklərinə gedəcək, yoxsa sülh sazişi daha geniş miqyaslı müharibə ilə əvəzlənəcək? Rəsmi Bakının Minsk qrupunun buraxılması barədə haqlı tələbi də Ermənistan üçün ciddi sınaqdır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müharibə   Rusiya  


Bizi "telegram"da izləyin