İran İsrailin Livana qarşı hücumlarının davam etməsinin nəticələri barədə xəbərdarlıq edib

2025/10/1760155380.jpg
Oxunub: 221     17:32     19 İyun 2026    
İran İsrailin Livana qarşı davam edən hücumlarının ciddi nəticələrə səbəb olacağını bəyan edərək müttəfiqlərinin müdafiəsi üçün bütün zəruri addımları atacağını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

O, İsrailin Livanın müxtəlif bölgələrinə qarşı həyata keçirdiyi hücumları qətiyyətlə pisləyib. Bəqayinin sözlərinə görə, bu hücumlar nəticəsində onlarla Livan vətəndaşı həlak olub və yaralanıb, yaşayış evləri və ölkənin infrastruktur obyektləri dağıdılıb.

İran rəsmisi İsrailin hərəkətlərinin regionda sülh və təhlükəsizlik üçün ciddi nəticələr doğuracağı barədə xəbərdarlıq edib.

Bəqayi bildirib ki, Livanda İsrailin hərbi əməliyyatlarının davam etməsinə görə tam məsuliyyət ABŞ-nin üzərinə düşür. O, bu fikri 2026-cı il iyunun 18-də İran və ABŞ arasında imzalanmış və münaqişənin nizamlanmasını nəzərdə tutan memorandumun müddəalarına istinad edərək səsləndirib.

İran Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub ki, həmin memorandumun birinci bəndi Livanda hərbi əməliyyatların dayandırılmasını bütün cəbhələrdə müharibənin başa çatdırılması haqqında razılaşmanın ayrılmaz hissəsi kimi müəyyən edir.

Bəqayi vurğulayıb ki, İran öz maraqlarını, təhlükəsizliyini, hüquqlarını və müttəfiqlərinin hüquqlarını qorumaq üçün bütün zəruri tədbirləri görəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail   Livan  


Bizi "telegram"da izləyin