Tramp: “Ən çox Si Cinpin və Narendra Modiyə heyranam”

2026/05/1778482583.jpg
Oxunub: 216     17:28     19 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp dünya liderləri arasında ən çox Çin Prezidenti Si Cinpin və Hindistanın Baş naziri Narendra Modiyə heyran olduğunu bildirib.

Ordu.az xəbər verir ki, Tramp bu barədə “Axios” nəşrinə müsahibəsində danışıb.

ABŞ Prezidenti Si Cinpini “iş adamı”, Narendra Modini isə “çətin rəqib” kimi xarakterizə edib.

Tramp eyni zamanda dünya liderləri arasında ən zəif hesab etdiyi şəxsin kim olduğunu açıqlamaq istəməyib.

O, həmçinin Rusiyanın G8 formatından çıxarılması ilə bağlı növbəti dəfə təəssüf hissi keçirdiyini bildirib.

ABŞ Prezidenti qeyd edib ki, Rusiyanın yenidən G7 formatına qaytarılması məsələsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Cinpin   Modi  


Bizi "telegram"da izləyin