“Hayastan” fraksiyası Ermənistanın parlament iclaslarında iştirak etməməsinin səbəbini açıqlayıb

2026/06/1781871593.jpg
Oxunub: 166     16:21     19 İyun 2026    
“Müxalifət parlament iclaslarında iştirak etməməsini taktiki səbəblərlə izah edib”.

Ordu.az xəbər verir ki, bunu iyunun 19-da parlamentdə keçirilən ənənəvi brifinq zamanı müxalif Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Kristine Vardanyan bildirib.

Onun sözlərinə görə, müxalifətin parlamentdə hökumətlə keçirilən sual-cavab iclasında iştirak etməməsi bir çox məqamların üzə çıxmasına səbəb olub.

“Biz parlamentdə keçirilən hökumət saatında iştirak etməmək qərarı verəndə hamınız aqressiya və isteriyanın əsl mənbəyinin haradan qaynaqlandığını görmək imkanı əldə etdiniz. Biz iştirak edəndə bizə deyirlər ki, hər iki tərəf eyni dərəcədə günahkardır və ritorikanı kəskinləşdirməyin. Lakin müxalifət son iclaslarda iştirak etmədiyi halda belə, yenə narazılıqlar, isteriya və təhqirlər baş verirdi”, - deyə Vardanyan bildirib.

Erməni deputat qeyd edib ki, baş verənlər bütün cəmiyyətə bu davranışların mənbəyinin haradan gəldiyini göstərib.

Vardanyan əlavə edib ki, müxalifət seçdiyi taktikanı dəyişmək niyyətində deyil.

“Bizim taktikamızı dəyişmək planımız yoxdur. Biz bunu əvvəllər etməmişik və etməyəcəyik”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Vardanyan  


Bizi "telegram"da izləyin