Ordu.az xəbər verir ki, bu barədə Nikol Paşinyan parlament-hökumət sual-cavab sessiyası zamanı danışıb.
Paşinyan qeyd edib ki, regionda vəziyyətin pisləşməməsi üçün səylər göstərilməlidir. O, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Dilicana səfərinə toxunaraq bunun sülh prosesinin institusional əsaslarla davam etdirildiyini göstərdiyini bildirib.
“Deyirlər ki, Hikmət Hacıyev Dilicana gəlib. Onun Dilicana gəlməsi bir daha sübut edir ki, biz sülhü institusional şəkildə inkişaf etdirməyə davam edirik. Dəvət olsa, mən 2029-cu ildə Avropa İttifaqının siyasi sammitində iştirak etmək üçün Bakıya gedəcəyəm”, - deyə Paşinyan vurğulayıb.
Ermənistanın Baş naziri eyni zamanda Ermənistan daxilində “Qarabağ hərəkatı”nın (erməni separatizmi-red.) davam etdirilməsini istəyənlərin olduğunu qeyd edib və buna imkan verilməməli olduğunu bildirib.
Alpər Mövludoğlu
Ordu.az