Tramp: “BƏƏ İrana qarşı müharibədə bombalar atırdı”

2025/02/1740594650.jpg
Oxunub: 203     22:24     17 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Fars körfəzi ölkələri İranla bağlı bəzi məsələlərin həlli prosesində iştirak edəcəklər.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Tramp Fransanın Evian şəhərində keçirilən “Böyük Yeddilik” sammiti çərçivəsində təşkil olunmuş mətbuat konfransında Pakistan və Qətərin rolunu yüksək qiymətləndirib, həmçinin Fars körfəzi ölkələrinə təşəkkür edib.

ABŞ Prezidenti xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin vəliəhdi Məhəmməd bin Zayed Əl Nəhyanı qeyd edərək onu “inanılmaz döyüşçü” adlandırıb.

Tramp bildirib ki, genişmiqyaslı hava zərbələri barədə məlumat alarkən hücumları həyata keçirən tərəfin kim olduğunu soruşub və ona bunun Birləşmiş Ərəb Əmirlikləri olduğu bildirilib.

Onun sözlərinə görə, Fars körfəzi ölkələri İranın raket proqramı və müttəfiq qruplarla bağlı məsələlərin həlli prosesində də iştirak edəcəklər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   BƏƏ   İran  


Bizi "telegram"da izləyin