Tramp Putinin Ukrayna müharibəsində məsuliyyəti barədə suala cavab verməkdən yayınıb

2026/02/1770919807.jpg
Oxunub: 182     22:36     17 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müharibənin davam etməsinə görə Ukrayna rəhbərliyindən daha çox məsuliyyət daşıyıb-daşımadığı barədə suala birbaşa cavab verməyib.

Ordu.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Tramp jurnalistlərə açıqlamasında bildirib ki, hazırda vəziyyəti nizamlamağa çalışdığı üçün bu məsələyə münasibət bildirmək istəmir.

“Bu barədə şərh vermək istəmirəm, çünki mən vəziyyəti həll etməyə çalışıram və bu cür açıqlamalar prosesi asanlaşdırmır”, - deyə ABŞ Prezidenti qeyd edib.

Bu bəyanat Hindistanın Baş naziri Narendra Modi ilə keçirilən ikitərəfli görüş zamanı səsləndirilib.

Tramp həmçinin Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə çox yaxşı danışıqlar apardığını bildirib.

ABŞ Prezidenti Rusiyaya qarşı sanksiyaların yenidən tətbiq olunması ilə bağlı suala cavabında qeyd edib ki, Vaşinqton bu məsələni nəzərdən keçirir və neft qiymətlərinin dinamikasını izləyəcək.

Onun sözlərinə görə, ABŞ ilə İran arasında mümkün razılaşma fonunda neft qiymətlərində azalma müşahidə olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Putin  


Bizi "telegram"da izləyin