Niderland Ukrayna üçün PUA və HHM vasitələrinə 500 milyon avro ayırır

2025/01/1736357946.jpg
Oxunub: 189     18:58     17 İyun 2026    
Niderland hökuməti Ukrayna üçün ümumi məbləği 500 milyon avro olan pilotsuz uçuş aparatları (PUA) və hava hücumundan müdafiə (HHM) vasitələri almağı öhdəsinə götürüb.

Ordu.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bu vəsaitin yarısı PURL proqramı vasitəsilə ayrılacaq.

Niderland özünün müdafiə şirkətlərindən 250 milyon avro məbləğində dronlar alacaq. Qalan 250 milyon avro isə Ukraynaya ABŞ istehsalı olan silahların tədarükü üzrə PURL təşəbbüsü çərçivəsində istifadə olunacaq.

Yeni öhdəliklə Niderlandın bu təşəbbüsə ümumi töhfəsi 1 milyard avroya çatır. Proqram çərçivəsində Kiyevə hava hücumundan müdafiə üçün avadanlıq və raketlər, həmçinin "F16" qırıcıları və digər sistemlər üçün döyüş sursatları tədarük edilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   Ukrayna   PUA   HHM  


Bizi "telegram"da izləyin