Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
Makron beynəlxalq ictimaiyyətin humanitar, siyasi və iqtisadi məsuliyyət daşıdığını vurğulayaraq regionda gərginliyin yenidən artmasının qarşısının alınmasının vacibliyini qeyd edib.
Fransa Prezidenti bildirib ki, münaqişənin davam etməsi Hörmüz boğazının uzun müddət bağlanmasına, neft-qaz infrastrukturunun məhv edilməsinə, regionun genişmiqyaslı sabitsizliyinə və yeni insan itkilərinə səbəb ola bilərdi.
Onun sözlərinə görə, belə nəticələr qlobal iqtisadi və siyasi sarsıntılar yarada, eyni zamanda Livandakı vəziyyəti daha da pisləşdirə bilərdi.
Makron etiraf edib ki, Vaşinqton və Tehran arasında əldə edilmiş memorandum mövcud bütün problemləri birdən-birə həll etmir.
“Bu, hər şeyi dərhal həll edirmi? Xeyr”, - deyə Fransa Prezidenti bildirib.
Bununla belə, o, əldə edilmiş razılaşmanı sülh istiqamətində mühüm addım kimi qiymətləndirib.
Sevinc Əliyeva
Ordu.az