Erməni siyasi xadim saxlanılıb

2026/06/1781710361.jpg
Oxunub: 189     19:23     17 İyun 2026    
“Güclü Ermənistan” blokunun seçki siyahısına daxil edilmiş, “Ermənistan Elektrik Şəbəkələri”nin keçmiş direktoru David Qazinyan saxlanılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Qurumdan bildirilib ki, Qazinyan seçicilərə rüşvət verməyə hazırlıq ittihamı ilə saxlanılıb.

Məlumata görə, Ermənistan Mərkəzi Seçki Komissiyası daha əvvəl Baş Prokurorluğun David Qazinyana qarşı cinayət təqibinin başlanmasına razılıq verilməsi barədə təqdimatını təmin edib.

Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin açıqlamasında qeyd olunub ki, “Güclü Ermənistan” partiyasının İrəvanın Arabkir inzibati rayonundakı qərargahında məsul şəxslər, eləcə də deputatlığa namizəd David Qazinyan partiya tərəfdarları və digər şəxslərlə əvvəlcədən razılaşaraq seçicilərə seçki rüşvəti vəd edib və müəyyən hallarda həmin rüşvəti veriblər.

Faktla bağlı cinayət işi başlanıb, bir sıra şəxslər saxlanılıb, axtarışlar və digər prosessual tədbirlər həyata keçirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qazinyan  


Bizi "telegram"da izləyin