“Pakistan HDQ mühüm dəniz regionunda sabitləşdirici qüvvə ola bilər” - Şərif

2026/06/1782557339.jpg
Oxunub: 266     14:38     27 İyun 2026    
Pakistanın Baş naziri Şahbaz Şərif ölkəsinin Hərbi Dəniz Qüvvələrinin regionda sabitləşdirici rol oynaya biləcəyini bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Şərif Pakistan Hərbi Dəniz Akademiyasında çıxışı zamanı gəmiçilik azadlığının əhəmiyyətini vurğulayıb.

“Regionda baş verən son hadisələr qlobal iqtisadiyyat və beynəlxalq təchizat zəncirləri üçün dəniz təhlükəsizliyinin əhəmiyyətini hər zamankından daha aydın göstərir. Bu gün sərbəst hərəkət hüququ və gəmiçilik azadlığı artıq lüks deyil, bütün dünya üçün mütləq zərurətdir”, - deyə o bildirib.

Baş nazirin sözlərinə görə, Pakistan Hərbi Dəniz Qüvvələri təkcə ölkənin milli müdafiəsini təmin etmək gücünə malik deyil, həm də həyati əhəmiyyət daşıyan bu dəniz regionunda sabitləşdirici qüvvə kimi çıxış edə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şərif   Pakistan   HDQ  


Bizi "telegram"da izləyin