Ordu.az "Report"a istinadən xəbər verir ki, bu barədə TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Casurbek Çoriyev Avrasiya İnkişaf Bankının (EDB) illik toplantısı və biznes-forumunda "Sərhədsiz Avrasiya: qitələrin kəsişməsində logistika habı" sessiyası zamanı bildirib.
"Hazırda iştirakçılarımızın sayı 14-dür, lakin gələcəkdə 15 və ya 16-ya qədər arta bilər - dövlətlər maraq nümayiş etdirirlər, çünki biz biznes icmasının sorğularını real olaraq qəbul etmək və onları siyasi qərarların qəbulu səviyyəsinə çatdırmağa qadirik. Bu siyasi səviyyə daşıyıcıların, ekspeditor şirkətlərinin və nəqliyyat təşkilatlarının qarşılaşdığı, lakin reaksiyaya nail ola bilmədikləri və ya cavab ala bilmədikləri məsələlərin irəlilədilməsi və həll edilməsi üçün bir alətə çevrilir.
Beləliklə, bu platforma təkcə milli deyil, həm də çoxtərəfli səviyyədə fəaliyyət göstərir və bütün bu problemlərin həllində biznesə real dəstək verir", - C. Çoriyev deyib.
Ordu.az