Erməni deputat: “İyunun 26-da Konstitusiya Məhkəməsinin qarşısında aksiya keçiriləcək”

2026/06/1782395114.jpg
Oxunub: 236     17:39     25 İyun 2026    
“İyunun 26-da Ermənistan Konstitusiya Məhkəməsi müxalif qüvvələrin seçkilərlə bağlı təqdim etdiyi şikayətlərin araşdırılmasına başlayacaq”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı İşxan Sağatelyan sosial şəbəkə hesabında paylaşım edib.

“İyunun 26-da saat 17:00-da Konstitusiya Məhkəməsinin binası qarşısında vətəndaşlarımızın səslərinin müdafiəsi məqsədilə aksiya keçiriləcək”, - deyə o bildirib.

Qeyd edək ki, seçkilərdə iştirak etmiş 18 siyasi qüvvədən 7-si seçkilərin nəticələrinin ləğv olunması tələbi ilə Ermənistan Konstitusiya Məhkəməsinə müraciət edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sağatelyan  


Bizi "telegram"da izləyin