Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı İşxan Sağatelyan sosial şəbəkə hesabında paylaşım edib.
“İyunun 26-da saat 17:00-da Konstitusiya Məhkəməsinin binası qarşısında vətəndaşlarımızın səslərinin müdafiəsi məqsədilə aksiya keçiriləcək”, - deyə o bildirib.
Qeyd edək ki, seçkilərdə iştirak etmiş 18 siyasi qüvvədən 7-si seçkilərin nəticələrinin ləğv olunması tələbi ilə Ermənistan Konstitusiya Məhkəməsinə müraciət edib.
Alpər Mövludoğlu
Ordu.az