FHN-də Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilib - FOTOLAR

2026/06/1782394628.jpg
Oxunub: 189     17:18     25 İyun 2026    
Fövqəladə Hallar Nazirliyinin (FHN) strukturlarında 26 İyun - Silahlı Qüvvələr Gününə həsr edilən tədbirlər keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildrilib ki, Silahlı Qüvvələr Azərbaycanın sarsılmaz dayağına, Azərbaycan xalqının etibarlı mühafizəçisinə çevrilərək torpaqları istənilən hücumdan qorumağa qadir mükəmməl Orduya çevrilib. Bu güclü və müasir standartlara uyğun qurulmuş Ordu Ümummilli Lider Heydər Əliyevin və onun mütərəqqi siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ən böyük nailiyyətlərindən biridir.

Qeyd edilib ki, Ümummilli Lider tərəfindən başlanılan milli ordu quruculuğu ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilib, Silahlı Qüvvələrin müdafiə qüdrəti və döyüş qabiliyyəti daha da artırılıb.

Vurğulanıb ki, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış böyük Zəfərlə və 2023-cü ilin sentyabr ayında keçirilmiş uğurlu antiterror tədbirləri ilə öz adını dünya hərb tarixinə qızıl hərflərlə yazıb.

Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ordu quruculuğu sahəsindəki fəaliyyətini əks etdirən film nümayiş olunub.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: FHN   Silahlı-Qüvvələr-Günü  


Bizi "telegram"da izləyin