Putin: "Rusiya İstanbul razılaşmaları əsasında Ukrayna ilə danışıqlara hazırdır"

2026/06/1781283094.jpg
Oxunub: 163     19:05     23 İyun 2026    
Rusiya İstanbulda əldə olunmuş razılaşmalar əsasında Ukrayna ilə sülh danışıqlarına hazırdır.

Ordu.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Vladimir Putin hökumət üzvləri ilə müşavirədə bildirib.

"Dəfələrlə qeyd edildiyi kimi, Rusiya Ukrayna ilə sülh danışıqlarına hazırdır. Moskva buna İstanbulda əldə olunmuş və o zaman Ukrayna nümayəndə heyəti tərəfindən paraflanmış razılaşmalar əsasında hazırdır. Deməli, hər şey onları qane edirdi", - o deyib.

Putin həmçinin bildirib ki, Moskva dörd prinsip əsasında danışıqlar aparmağa hazırdır:

"İstanbulda əldə olunmuş razılaşmalar, Ankoricdə müzakirə edilən mexanizmlər, ən əsası isə yerdəki reallıqlar, həmçinin mənim bir neçə il əvvəl Xarici İşlər Nazirliyində çıxışım zamanı (2024-cü ilin iyununda) səsləndirdiyim prinsiplər əsasında".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Rusiya  


Bizi "telegram"da izləyin