Ordu.az xəbər verir ki, bu barədə İsrailin 13-cü telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail Müdafiə Qüvvələrinin nəzarətində olan bəzi ərazilərdən qoşunların çıxarılması məsələsi Vaşinqtonda İsrail və Livan nümayəndə heyətləri arasında davam edən danışıqlarda müzakirə olunur.
Telekanalın İsrail rəhbərliyindəki mənbəsi bildirib ki, İsrail hərbçiləri son günlər bəzi əraziləri nəzarətə götürüblər. Məqsəd həmin ərazilərdən danışıqlar aləti kimi istifadə etmək və sonradan oradan qüvvələri çıxarmaq olub.
Mənbənin sözlərinə görə, həmin ərazilər danışıqlar prosesində istifadə edilə biləcək resurs kimi qiymətləndirilib.
Müzakirə olunan sınaq planına əsasən, İsrail Livanın cənubundakı bəzi mövqeləri tərk edə və onların nəzarətini Livan ordusuna təhvil verə bilər.
Sevinc Əliyeva
Ordu.az