Ordu.az xəbər verir ki, Tramp bu barədə “Axios” nəşrinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Si Cinpin yalnız siyasi xadim kimi deyil, həm də şəxsiyyət olaraq güclü təəssürat yaradır.
“Prezident Si möhtəşəmdir. Əgər onun haqqında film çəkmək istəsəniz, Hollivudda belə bir insan tapa bilməzsiniz. Onun təsirli görünüşü və əla boyu var. O, son dərəcə özünəinamlı və ağıllıdır”, - deyə Tramp bildirib.
ABŞ lideri vurğulayıb ki, dünya liderləri arasında fərqli idarəçilik üslubuna malik şəxslər olsa da, dövlətin ən yüksək vəzifələrində çalışmaq üçün yüksək intellektlə möhkəm xarakterin bir arada olması vacibdir.
Tramp Si Cinpinlə yanaşı, Hindistanın Baş naziri Narendra Modi və Pakistan Silahlı Qüvvələrinin baş komandanı Asim Munir haqqında da müsbət fikirlər səsləndirib. O, Muniri “əla lider” adlandıraraq İran ətrafında aparılan diplomatik təmaslardakı rolunu xüsusi qeyd edib.
Sevinc Əliyeva
Ordu.az