Ordu.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Suriyanın Müdafiə Nazirliyinin İnformasiya və Kommunikasiya İdarəsi bildirib ki, hərbçilər Mənbic şəhəri yaxınlığında həyata keçirilən hücum zamanı öldürülüblər.
Məlumata görə, bundan əvvəl, mayın 11-də də Suriya Ərəb Ordusunun iki hərbçisi ölkənin şimal-şərqində yerləşən Həsəkə vilayətində hərbi avtobusa edilən hücum nəticəsində həlak olmuş, bir neçə hərbçi isə yaralanmışdı.
Hadisələrlə bağlı araşdırmalar davam etdirilir.
Sevinc Əliyeva
Ordu.az